Lənkəranda gənc bədbəxt hadisənin qurbanı oldu

media-hightechnic-468x90

78174Bu gün günorta saatlarında Lənkəranda bədbəxt hadisə baş verib. Kərgəlan kənd sakinini elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.

Yenicag.az xəbər verir ki, 1990-cı il təvəllüdlü Siyavuş İnqilab oğlu Paşayev əmisinə məxsus evdə elektrik xətlərini dəyişərkən onu tok vurub. Nəticədə 25 yaşlı gənc ağır bədən xəsarətləri alıb.

Yaralını Lənkəran rayon Mərkəzi Xəstəxanasına gətirərkən yolda dünyasını dəyişib. Buna görə də onu morqa təhvil veriblər.

Faktla bağlı Lənkəran rayon Prokurorluğunda araşdırmalara başlanıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600