Lənkəranda piyadanı avtomobil vurdu

media-hightechnic-468x90

3a67878a0795c76711e111d2c0aa3bd8Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Hadisə rayonun Kərgələn kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 29 yaşlı Rahim İbadov idarə etdiyi minik avtomobili ilə həmkəndlisi, 48 yaşlı Kamil Rzayevi vuraraq, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Yaralı dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. İlkin müayinə zamanı Kamil Rzayevə qapallı kəllə-beyin travması, sağ baldır sümüklərinin orta üçdə bir hissəsinin yer dəyişmiş çox qəlpəli açıq sınıqları, sağ qolunun və bel nahiyəsinin əzilməsi diaqnozu qoyularaq əməliyyat olunub. Hazırda yaralının vəziyyəti orta-stabil qiymətləndirilir.

Lakin yaralı və qardaşı Qəhrəman Rzayev qəzanın qəsdən törədildiyini iddia ediblər. Onların qənaətincə, Kamil öz maşınına oturarkən Rahim İbadov avtomobili bilərəkdən onun üzərinə sürərək ölümcül hala salıb.

Lənkəran Şəhər-Rayon Polis Şöbəsindən verilən məlumata görə, artıq hadisəni törətməkdə şübhəli bilinən Rahim İbadovun ilkin ifadəsi alınıb. Onun hadisəni bilərəkdən və ya ehtiyatsızlıqdan törədildiyi araşdırılır.

Qeyd edək ki, 10 gün öncə, yanvarın 20-də Kamil Rzayevin Kərgəlan kəndində yerləşən avtomobil ehtiyat hissələri mağazasında yanğın baş verib. Yanğın nəticəsində ümumi sahəsi 120 kv.m olan bir-birinə bitişik iki mağazadan biri tamamilə yanıb, digərinin isə tavan hissəsi qismən yanaraq yararsız vəziyyətə düşüb. Sonradan mağaza sahibi yanğının qəsdən törədildiyini və ona 30 min manat dəyərində maddi ziyanın dəydiyini iddia etmişdi(apa).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600