“Mayın 11-də Lənkəranda saat 17:21-də baş verən maqnitudası 5.3 bal olan zəlzələnin dərinliyi 20 kilometr olduğu üçün ətraf ərazilərdə, hətta Qarabağda 3 baladək hiss olunub”.
Yenicag.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.
O bildirib ki, sonra xırda təkanlar olub: “Afterşoklar içərisində ən böyüyün maqnitudası 4.4 bal oldu və hiss edildi. Çox güclü, dağıdıcı deyildi. Asta-asta enerji boşalması getdi. Hazırda sakitlikdir. Orta gücdə olan zəlzələ idi. Episentrdə 6 bal olması nəticəsində çay daşları ilə keyfiyyətsiz tikilən bəzi evlərdə çatlar qeydə alındı”.
www.yenicag.az