!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Lənkəranskinin məmur qardaşı məşhur "qanuni oğru" ilə görüşdü - FOTO

!Reklam – Yazi

Azərbaycanlı mərhum “qanuni oğru” Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev çeçen əsilli kriminal avtoritet Xəmzət Qastəmirovla görüşüb.

Yenicag.az sözügedən görüş zamanı çəkilən fotonu əldə edib. Tərəflərin bundan əvvəlki son fotosu isə 2016-cı ilin avqustuna təsadüf edir. “Şeyx Xəmzət”lə Namiq Canıyev Lənkəranskinin yas mərasimində yan-yana əyləşmişdilər.

Qeyd edək ki, Xəmzət Qastəmirov Canıyevlər ailəsinə çox yaxındır. Azərbaycanda da həbs həyatı yaşamış “qanuni oğru” Lənkəranski ilə yaxın dost olub.  Bu dostluğunun nəticəsidir ki, Rövşənin vəfatından sonra Qastəmirov onun varisi hesab edilib.

Digər maraqlı bir məqam da diqqətimizdən qaçmadı. Məsələ burasındadır ki, Namiq Canıyevlə Lənkəranskinin sağlığında çəkilmiş fotosu yoxdur. Olsa da belə, bu, üzə çıxmayıb.

Görünür, Rövşən Lənkəranskinin məmur qardaşı da Xəmzət Qastəmirovun varisliyini dəstəkləyir. Əks halda belə bir foto ərsəyə gəlməzdi.

     Rövşən Canıyevin yas mərasimi – 2016-cı il
COP29

www.yenicag.az

11611
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv