Lənkəranskinin qətlində Telman İsmayılovun əli var?

Çerkizov bazarının eks sahibi Telman İsmayılov keçmiş tərəfdarlarının “qanuni oğru” Rövşən Caniyevin (Rövşən Lənkəranski) öldürülməsində əli olması barədə məlumatı təkzib edib.

Yenicag.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə biznesmenin vəkili Marina Rusakova məlumat verib. Onun sözlərinə görə, İsmayılov ailə üzvlərinin qanunsuz cinayət təqibindən narahatdır.

Qeyd edək ki, Telman İsmayılov 2 və daha çox insanın qətlə yetirilməsində ittiham olunur.

Xatırladaq ki, 2016-cı ildə Türkiyədə güllələnərək öldürülən kriminal avtoritet Rövşən Lənkəranski isə 2013-cü ildə Moskvada snayper atəşilə öldürülən “qanuni oğru” Aslan Usoyanın (Ded Xasan) qətlinin sifarişçisi hesab olunur.

COP29