!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Lənkəranskinin varisi niyə həbs olundu? - Təfərrüat

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, ötən gün azərbaycanlılar üçün də tanış sima olan, çeçen əsilli kriminal avtoriret Xəmzət Qastəmirov Almaniyanın Berlin şəhərində həbs olunub.

Yenicag.az xəbər verir ki, kriminal aləmdə “Şeyx Xəmzət” ləqəbi ilə tanınan “qanuni oğru” alman polisinin həyata keçirdiyi xüsusi əməliyyat tədbiri zamanı saxlanılıb.

Qastəmirovla birlikdə onun 17 adamı da nəzarətə götürülüb.

Artıq onun hansı səbəbdən saxlanılaraq dindirilməsi məlum olub. Məsələ burasındadır ki, bir müddət əvvəl Berlin polisi “Rus mafiya atası” kod adlı əməliyyata start verib. Buna səbəb çeçen və türk mafioz qruplaşmaların Almaniyada fəallığını artırmasıdır. Onların fəallığı nəticəsində həm Berlində, həm də digər şəhərlərdə cinayətlərin sayı artıb. Bu durumdan narahat olan yerli hüquq-mühafizə orqanları “təmizləmə” işinə start verib.

“Şeyx Xəmzət”in adı isə daha öncə saxlanılan şəxslərdən biri tərəfindən hüquq-mühafizə orqanının əməkdaşlarına verilib. Bu səbəbdən Almaniyada böyük nüfuza sahib olan “Şeyx Xəmzət” də saxlanılanların siyahısına daxil edilib. Lakin dindirilmə və araşdırma zamanı Qastəmirovun hər hansı bir günahı olduğu sübuta yetirilməyib. Bu səbəbdən onun qısa müddət ərzində sərbəst buraxılacağı gözlənilir.

Qeyd edək ki, Rövşən Lənkəranskinin varisi sayılan “Şeyx Xəmzət” Berlinə 2014-cü ildə Moskvadan köçüb.

COP29

www.yenicag.az

6581
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv