Lerikdə dağ uçqunu – 150-dən çox avtomobil yolda qaldı

media-hightechnic-468x90

lerikc5Lerik rayonunda dağ uçqunu baş verib, yol kəsilib.

media-banner_tuq

“Report”un Cənub bürosu xəbər verir ki, hadisə Lerik-Qosmalian-Kəlvəz avtomobil yolunun 10-cu kilometrliyində “Dağlar qapısı” deyilən ərazidə baş verib. Yolun hərəkət istiqamətinin təxminən 50 metr məsafəsi böyük qaya parçaları ilə örtülüb. Xoşbəxtlikdən uçqun zamanı xəsarət alan olmayıb. Ancaq hərəkət dayanıb və 150-dən artıq avtomobil yolda qalıb.

Lerik rayon fövqəladə hallar komissiyasının sədri Habil Məlikov əraziyə yol-istismar idarəsinin texnikaları və canlı qüvvəsinin səfərbər olunduğunu bildirib. O qeyd edib ki, bu yol rayon mərkəzi ilə 50 yaşayış məntəqəsini birləşdirən əsas yoldur.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05