Leyla Abdullayevadan “Charlie Hebdo” jurnalına sərt cavab - FOTO

media-hightechnic-468x90

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva özünün “Twitter” hesabında “Charlie Hebdo” jurnalını sərt tənqid edib.

“Siz Ermənistanın Azərbaycan ərazilərinin 20%-ni 30 illik hərbi işğalı zamanı yaratdığı təhlükəni unutmusunuz. İndi isə Azərbaycan öz suveren ərazilərində sülhü təmin etdiyi halda, siz hansı təhlükədən danışırsınız?” – deyə diplomat jurnalın rəhbərliyinə bildirib.

Qeyd edək ki, “Charlie Hebdo”nun dünənki sayında Ukraynadakı müharibənin Ermənistan və Qarabağ üzərindəki “təhlükə”ni unutdurduğu barədə məqalə dərc olunub və hər kəsə ermənilərin xeyrinə səfərbər olmaq çağırışı edilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa