Leyla Əliyeva: “Milyard öpüş”

media-hightechnic-468x90

67265Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Milyard öpüş” adlı şeirini təqdim edir:

Mən səni milyard dəfə

Öpmək, öpmək istərəm.

Bilirəm, ömür yetməz,

Milyard busə bəxş etsəm.

Səni milyard öpüşə

Qərq etməkdir istəyim…

Ömür, vəfa et bir az

Sonra deməsinlər ki,

Əhdə vəfasız getdim.

Həyat, dayan! – Bir dincəl!

Yorulmadan, durmadan,

Elə hey yürüyürsən;

Dünyada nə saat var,

Qıraram hamısını –

Saniyə də bölünər,

Dənələnər nar kimi…

Elə bil heç yoxuymuş –

Saniyə tarix olar…

Son ilə başlanğıc da,

Qızmar günəşlə qar da

Əriyib yoxa çıxar.

Sən yanımda olanda,

Heç kimsədən qorxmuram.

Sevgilim, sənlə sanki

Ulduzlardan da pünhan

Başqa kainatdayam.

Bura bizim dünyadır,

burda zaman da başqa,

ölçülər də başqadır…

Mən səni çox sevirəm,

Bəlkə də sevgi gülünc,

hədəriymiş… nə deyim..?

Amma… yox! – Sevgin mənə

bir daha anlatdı ki,

Məhəbbət

               ülviyyətin,

                gözəlliyin

                           cəmidir;

O,

təmiz qəlbimizin

                  başqa bir aləmidir..!

Sevirəm! – Suçummu var?

Mühakimə etməyin!..

Məhəbbətin gözü kor,

Qulağı da kar olar…

Bizimçün bütün sözlər

Səssiz, sanki laldılar;

Sevənlərçün ağaclar,

Susur… nəfəs almırlar….

Sevənlər heç qorxmazlar,

Nə sual, nə cavabdan;

Məhəbbət olan yerdə,

sevən həqiqət sanar

qəlbin sayrımasını…

Sevən kəsi qorxutmaz,

həyatın tufanları

Çünki könlündə yoxdur,

şübhənin sıx dumanı…

Qayğıdan, darıxmaqdan

Qorxudan və hürküdən

Uzaq qalar sevənlər…

Sevənlərçün bu dünya,

çoxdan köhnə röyadır.

Onların öz dünyası

Bir-birinin gözündə

Doğulan bir dünyadır.

Heç cəhd də eləməyin,

Sevgini… sağaltmağa….

Ürəkdən sevənlərçün

eşqə əlac tapmazsız…

loğmanlar dünyasında.

Deyirəm, cəhd etməyin,

Eşqin əlacı yoxdur..!

Bəlkə ən güclü dərman

Elə Sevgi özüdür…

Mən səni milyard kərə,

Öpmək, öpmək istərəm.

And içirəm!.. –

Xəyallarda olsa da,

Tək bir kərə olsa da…

Əhdimə və sözümə

Əməl edəcəyəm mən.

Sənə böyük sevgimlə

Səddlər yenəcəyəm mən…

Tərcümə: Mahir Qabiloğlu (modern.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600