Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə uşaq evi sosial xidmət müəssisəsində olublar

media-hightechnic-468x90

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva aprelin 27-də Şəkidə Sosial Xidmətlər Agentliyinin 6 saylı uşaq evi sosial xidmət müəssisəsini ziyarət ediblər.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, səfər zamanı Leyla Əliyeva və Arzu Əliyeva müəssisənin fəaliyyəti, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün yaradılan şərait, onların təlim-tərbiyəsi və sosial müdafiəsi istiqamətində görülən işlərlə yaxından tanış olublar. Bildirilib ki, 1936-cı ildən fəaliyyət göstərən uşaq evi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü ilə 2018-ci ildə yeni bina ilə təmin edilib.

Sonra Leyla Əliyeva və Arzu Əliyeva uşaqların xüsusi hazırladıqları mədəni proqramı izləyiblər. Proqram çərçivəsində uşaqlar tərəfindən rəqs və musiqi nömrələri təqdim olunub, teatr məşğələsində hazırlanmış səhnəciklər nümayiş etdirilib. Uşaqların yaradıcılıq bacarıqlarını, istedadını və səhnə mədəniyyətini əks etdirən çıxışlar maraqla qarşılanıb.

Sonda müəssisənin kollektivi və uşaqlar ilə xatirə şəkilləri çəkdirilib, hədiyyələr təqdim edilib.

media-v3hcmnwwffmf3dpox4p1zg0duhrds5ywd21youqx_1200-2 media-piupdfzgcevh3zkfhewp5qnen7xoluvyqiwtjx8v_1200-1 media-px987ljmyawcxx5dwkwux5jo96adls0dti2uvvuh_1200 media-ax2atxaqevim6a32lmml1cbzdorogrnypr5bul9s_1200 media-zi4mr5hpgocn8uh7aelbmnbxyz3isut8vlocon7r_1200 media-draqkbshp71msiox5ihwyabducxo9mutciig6fvk_1200-1 media-gramxctyla7foym8q1hhqhzti9jm05lzu1hubofz_1200 media-uphjaa7lbcmn9pijsgfnj2ozpyqclnzdxtkltvns_1200 media-v3hcmnwwffmf3dpox4p1zg0duhrds5ywd21youqx_1200-1 media-piupdfzgcevh3zkfhewp5qnen7xoluvyqiwtjx8v_1200

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05