Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə Xan məscidini ziyarət ediblər - FOTOLAR

media-hightechnic-468x90

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva Şəki şəhərinə səfər çərçivəsində Xan məscidini ziyarət ediblər.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, ziyarət zamanı məscidin imamı Vüqar Məmmədov Leyla Əliyevaya və Arzu Əliyevaya Xan məscidi kompleksi barədə ətraflı məlumat verib.

Bildirilib ki, XVIII əsrə aid olan Şəki Xan məscidi şəhərin mühüm dini-mədəni və tarixi-memarlıq abidələrindən biridir. Tarixi mənbələrə və abidə üzərindəki kitabələrə əsasən, məscid Hacı Məhəmmədhüseyn Xan tərəfindən inşa etdirilib.

Qeyd olunub ki, tarixi Şəki Xan məscidində bərpa işləri Heydər Əliyev Fondu tərəfindən həyata keçirilib. Eləcə də məscid kompleksinin ərazisində muzey yaradılıb. Muzeydə Şəki xanlığı dövrünə aid eksponatlar, müxtəlif mənbələrdən toplanmış maddi-mədəniyyət nümunələri nümayiş olunur.

Muzey Şəki xanlığının yaranması və formalaşması tarixini, eləcə də onun milli dövlətçilik tariximizdə xüsusi yerini əyani şəkildə nümayiş etdirir.

Sonda Leyla Əliyevaya və Arzu Əliyevaya “Qurani-Kərim” hədiyyə olunub.

media-69f043559655669f0435596557177735355769f043559655369f0435596555 media-69f043558d66b69f043558d66c177735355769f043558d66969f043558d66a media-69f0435584c8e69f0435584c8f177735355769f0435584c8c69f0435584c8d media-69f043557ab9769f043557ab98177735355769f043557ab9569f043557ab96 media-69f043557119869f0435571199177735355769f043557119569f0435571196

 

 

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05