Liderlərin bayram təbriki
Dövlət liderlərinin Yeni il və Milad bayramı münasibətilə xalqı təbrik etməsi 80 illik tarixə malikdir. Bəzi liderlərin təbrik formalarını təqdim edirik:
Fransa prezidenti Fransua Olland Yelisey sarayında adətən yeni il mesajını bu fikirlərlə bitirir: “Respublika çox yaşa, Fransa çox yaşa!”
Papa Fransis dekabrın 25-də Vatikanda iqamətgahının mərkəzi balkonundan şəhərə və dünyaya təbriklərini çatdırıb.
2000-ci ildən 2007-ci ilədək Rusiya prezidenti Vladimir Putin İvanovskaya Meydanından xalqa təbriklərini çatdırırdı. Ötən il isə Putin küçədən deyil, Xabarovsk Mədəniyyət Mərkəzindən öz xalqını təbrik edib.
Almaniya kansleri Angela Merkel də adətən Berlində kanslerliyin binasından xalqı Milad bayramı münasibəti ilə təbrik edir.
(azadinform.az)