Liderlərin müzakirəsini nazirlər davam etdirdi

media-hightechnic-468x90

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi arasında telefon danışığı olub.

Yenicag.az Rusiya mətbuatına istinadən xəbər verir ki, telefon danışığı İran tərəfinin təşəbbüsü ilə baş tutub.

İranın xarici işlər naziri Lavrova Böyük Britaniya, Almaniya və Fransadan olan həmkarları ilə İranın nüvə proqramının nizamlanması ilə bağlı telefon danışığının nəticələri barədə ətraflı məlumat verib.

Rusiya tərəfi Birgə Hərtərəfli Fəaliyyət Planı ətrafında vəziyyətin nizamlanmasına və Yaxın Şərqdə gərginliyin azaldılmasına yönəlmiş diplomatik səylərə bundan sonra da mühüm töhfə verməyə hazır olduğunu təsdiqləyib. Qarşılıqlı maraq doğuran bir sıra digər aktual regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İkitərəfli gündəliyin prioritet məsələləri, o cümlədən 2025-ci il yanvarın 17-də prezidentlər tərəfindən imzalanmış Rusiya və İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişinin icrası, habelə nəqliyyat və enerji sektorlarında əməkdaşlığın genişləndirilməsinə dair əldə edilmiş razılaşmalar müzakirə edilib.

Xatırladaq ki, bundan öncə Rusiya prezidenti Vladimir Putin İran prezidenti Məsud Pezeşkianla telefon danışığı aparıb./unikal

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa