Litva prezidenti Gitanas Nauseda Sosial Demokrat Partiyasının nümayəndəsi Gintautas Paluçkasın rəhbərlik etdiyi yeni hökumətin təsdiqi ilə bağlı fərman imzalayıb.
Yenicag.az xəbər verir ki, bu barədə yerli LRT nəşri məlumat məlumat yayıb.
Qeyd olunur ki, Nauseda ədliyyə və ətraf mühit naziri vəzifələrinə “Zarya Neman” Partiyasının mübahisəli namizədlərini daxil etmədən yeni hökuməti təsdiqləyib. “Zarya Neman” partiyasının lideri Remigiyus Jemaytaytis isə bəyan edib ki, nazir postları üçün alternativ namizədləri mövcuddur.
Yeni hökumətdə Xarici İşlər Nazirliyinə prezidentin müşaviri Kyastutis Budris, Müdafiə Nazirliyinə isə Sosial Demokrat Partiyasının deputatı Dovile Şakaliene rəhbərlik edəcək.
Qeyd edək ki, Litvada yeni koalisiyanın yaradılması Sosial Demokrat Partiyasının lideri Remigiyus Jemaytaytisin antisemitizmdə ittiham olunan “Zarya Neman” Partiyası ilə əməkdaşlıq razılaşması səbəbilə tənqidlərə səbəb olub. Dekabrın 3-də Litva Seymi onun deputat toxunulmazlığının ləğv edilməsinə səs verib.
www.yenicag.az