Lökbatan olayı ilə bağlı Bakı prokurorluğundan açıqlama

media-hightechnic-468x90

mjnmhiuy7Martın 5-də saat 20 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində müxtəlif ünvanlarda yaşayan sakinlərin təbii qazdan zəhərlənmələri ilə bağlı prokurorluq, Fövqəladə Hallar Nazirliyi və digər əlaqədar təşkilatların əməkdaşları dərhal həmin ünvana gəlmiş, hadisə yerinə ekspertlərin iştirakı ilə baxış keçirilmiş və digər təxirəsalınmaz prosessual hərəkətlər yerinə yetirilmişdir. Bu barədə Bakı şəhər prokurorluğunun yaydığı açıqlamada bildirilir.

Məlumat verilir ki, “Məişət qazı ilə zəhərlənmə diaqnozu” ilə Qarabağ rayon Təcili Tibbi Yardım stansiyasına və Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə daxil olan 60-dan artıq zərərçəkənə ilkin tibbi yardım göstərildikdən sonra onlar evlərinə buraxılmışlar.

Fakta görə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanmış, prokurorluq və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarından ibarət birgə istintaq qrupu yaradılmışdır.
İş üzrə müvafiq ekspertizalar, o cümlədən məhkəmə-tibbi ekspertizaları təyin edilmişdir.
Hazırda hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600