London-Bakı xəttində NÖVBƏTİ TƏRƏFDAŞLIQ – Birləşmiş Krallığı Azərbaycana bağlayan GİZLİ SƏBƏB

media-hightechnic-468x90

“İki ölkə arasındakı münasibətlər zaman ötdükcə, daha da möhkəmləndirilir”.

Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

media-vuqariskenderov1

O, Azərbaycanla Böyük Britaniya münasibətlərinin strateji tərəfdaşlığa yüksəlməsinə münasibət bildirib.

Millət vəkili qeyd edib ki, beynəlxalq münasibətlər sistemində ölkəmiz uğurla nüfuz qazanmaqdadır:

“Zamanla istər dost ölkələrin, istərsə də strateji tərəfdaşlarımızın sayı artır. Böyük Britaniya hələ Azərbaycan müstəqilliyini qazandıqdan sonra bizimlə yaxşı münasibət quran ölkələrdən olub. Dünyanın nüfuzlu ölkəsi ilə mövcud olan əlaqələrimiz müsbət dəyərləndirilir. Yeni dünya nizamında hazırda gərginlik mövcuddur. Avropada, Latın Amerikasında, Yaxın Şərqdə olan gərginlik artıq hər bir ölkənin öz mövqeyini bəlli etməsini tələb edir. Azərbaycan qardaş Türkiyə, Pakistan və Çin, həmçinin dünyanın bir çox aparıcı ölkəsi ilə yaxşı münasibətlər formalaşdırıb, onları özünə strateji tərəfdaş seçib”.

Onun sözlərinə görə, dünya siyasətində dominant və nüfuzlu Böyük Britaniyanın Azərbaycanla strateji tərəfdaş olması hər iki ölkəyə, xüsusilə iqtisadi sahədə fayda gətirir:

“Ulu Öndər Heydər Əliyevin o dövrdə əsasını qoyduğu uğurlu xarici siyasətin ardı indi Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Torpaqlarımızın işğal altında qaldığı dövrdə, hətta bizim haqq savaşımızda belə Böyük Britaniyanın yanımızda olub dəstək verdiyini də xatırlayırıq. Beynəlxalq hüquq prinsiplərinə əsaslanan siyasəti ilə Böyük Britaniyanın Azərbaycana göstərdiyi yanaşmaya görə narahat olanlar da var. Ancaq iki ölkə arasındakı münasibətlər zaman ötdükcə daha da möhkəmləndirilir”.

“Gələcək dövr üçün Azərbaycanın nüfuzu daha da artacaq. Prezident İlham Əliyev dünyanın aparıcı liderləri sırasında ön cərgələrdə öz mövqeyini möhkəmləndirir. Azərbaycanlı olaraq uğurlarımız hər birimizi qürurlandırır. Hər birimiz ölkəmizinin nüfuzunun daha da artmasında öz dəstəyimizi göstərməliyik”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa