Londonda təyyarə enə bilmədi – SƏBƏB/VİDEO

media-hightechnic-468x90

Böyük Britaniyanın paytaxtı Londonun Hitrou hava limanında təyyarə güclü qasırğa səbəbindən eniş edə bilməyib.

Yenicag.az-ın məlumatına görə, pilotlar təyyarəni endirmək istəsələr də, dərhal yenidən havaya qaldırmalı olublar.

“British Airways” aviaşirkətinə məxsus təyyarə aeroport üzərində bir neçə dövrə vurmalı olub və külək nisbətən səngidikdən sonra eniş edib. Hadisə nəticəsində xəsarət alanların olmadığı deyilir.

Qeyd edək ki, Böyük Britaniyada həftəsonu “Erik” qasırğası tüğyan edir. Bəzi regionlarda küləyin sürəti saatda 110 kilometrə çatır./Trend/

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600