!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Lotu Quli” yoxa çıxıb

!Reklam – Yazi

Uzun müddətdən sonra azadlığa çıxan, daha sonra isə yaşamaq üçün Türkiyənin İstanbul şəhərini özünə məskən seçən “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun Rusiyanın İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsi tərəfindən beynəlxalq axtarışa verildiyini xəbər vermişdik.

Yenicag.az xəbər verir ki, “qanuni oğru” oğurluq əməllərində və hədələmək yolu ilə pul qoparmaqda ittiham edilir.

Maraqlıdır ki, Səlifov axtarışa verildiyi gündən etibarən qeybə çəkilib. Belə ki, azadlığa çıxdıqdan sonra “qanuni oğru”nun sosial şəbəkələrdə olan hesabları vasitəsi ilə demək olar ki, hər gün yeni-yeni fotolar paylaşılırdı. Hətta Nadir Səlifov bir neçə dəfə sosial şəbəkə vasitəsi ilə canlı yayıma da qoşulub. Lakin Nadir Səlifovun axtarışa verildiyi tarixdən paylaşımlar dayandırılıb. Görünür, “Lotu Quli” bunu nəzərə alaraq, bir qədər ehtiyatlı davranmağa üstünlük verib. Onun İstanbuldakı məkanını dəyişməsi ehtimalı da istisna deyil.

Azərbaycanlı “qanuni oğru”nun Rusiya Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilməsinin pərdəarxası məqamları böyük maraq doğurur.

Yenicag.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, kriminal aləmdə “Quli” ləqəbilə tanınan “qanuni oğru” 2015-ci ilin dekabrında Kamal Quliyev adlı şəxsin oğurlanmasını təşkil etməkdə ittiham olunur.

İddialara görə, Nadir Səlifovun Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilməsinin pərdəarxasında başqa maraqlar dayanır. Rusiya mətbuatı yazır ki, “Quli” sözügedən ölkənin cinayət mühitinə nəzarət edə, azərbaycanlı kimi bazarlarda nizam-intizam yarada, müsəlman kimi həbsxanalarda Şimali Qafqazdan olan radikallara və ənənəvi olaraq “oğru qanunları”nı qəbul etməyən Orta Asiyadan olan entik qruplaşma liderlərinə təsir göstərə bilər.

COP29

www.yenicag.az

11318
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv