Ötən günlərdə İstanbulun Bahçelievler bölgəsində yerləşən AVM-də cinayətkar dəstəsinə qarşı aparılan əməliyyatın pərdəarxası ortaya çıxıb.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, saxlanılan şübhəlilərin bir neçə il əvvəl İstanbulda azərbaycanlı avtoritet Rövşən Lənkəranskinin intiqamı üçün razılaşdıqları bildirilib.
2 noyabrda mütəşəkkil cinayətkarlıq dəstəsi “Şirinlər”ə qarşı əməliyyat təşkil olunub və aralarında “Max” ləqəbli Mehmet Sabri Şirinin də olduğu 8 nəfər saxlanılıb. Cinayət işinin sonrakı mərhələsində daha 5 nəfər də ələ keçib.
Saxlanılanların Rövşən Lənkəranskinin intiqamı üçün Azərbaycandan Türkiyəyə getdikləri məlum olub. Aralarında Lənkəranskinin qardaşı Namiq Canıyevin də olduğu 4 nəfər “Lotu Quli”yə qarşı sui-qəsdi yerinə yetirmək üçün 5 milyon dollarlıq razılaşma üçün görüşüblər.
Qeyd edək ki, həmin şəxslər istəklərinə çata bilməyiblər, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları onların planının qarşısını alıb.
www.yenicag.az