Almaniyanın “Lufthansa” aviaşirkəti Yaxın Şərqdə vəziyyətin kəskinləşməsi riskinin yüksək olmasına görə Tehrana uçuşları dayandırdığını açıqlayıb.
Yenicag.az Reuters-ə istinadla xəbər verir ki, şirkət İranın Dəməşqdəki konsulluğuna İran hərbçilərinin, o cümlədən bir neçə generalın ölümü ilə nəticələnən zərbələrdən sonra bölgədə ciddi eskalasiya riskini nəzərə alıb.
Tehrana uçuşlar ən azı 2 gün dayandıracaq.
“Lufthansa” və onun törəmə şirkəti Avstriya Hava Yolları Tehrana beynəlxalq uçuşlar həyata keçirən yeganə Qərb aviaşirkətidir. Uçuşların əksəriyyəti Türkiyə və Yaxın Şərq şirkətlərindən həyata keçirilir.
www.yenicag.az