Lüğətə yeni sözlər daxil edilir: "Skibidi", "delulu"... - Daha nələr var?

media-hightechnic-468x90

Sosial şəbəkələrdə məşhurlaşan “skibidi”, “delulu”, “tradwife” və “broligarchy” kimi ifadələrin də aralarında olduğu 6 mindən çox yeni söz İngiltərədə nəşr olunan “Cambridge” lüğətinə daxil ediləcək.

Yenicag.az xəbər verir ki, lüğətin dil proqramı rəhbəri Kolin Makintoş bildirib ki, internet mədəniyyəti ingilis dilini dəyişdirir.

“Skibidi” və “delulu” kimi sözlər ötəri dəb deyil, onların qalıcı olacağını düşünürük.”

Lüğətdəki izaha görə “skibidi” — sosial mediada yayılan məşhur animasiya seriyasının müəllifi tərəfindən ortaya atılmış, bəzən “cool” (havalı), bəzən isə “bad” (pis) mənasında işlədilən, həm də tamamilə zarafat məqsədli mənasız söz kimi qeyd olunub.

“Tradwife” isə “traditional wife” (ənənəvi həyat yoldaşı) ifadəsinin qısaldılmış formasıdır. Bu termin ev işləri və uşaq baxımına üstünlük verən, həyat yoldaşına bağlılığını müdafiə edən və bunları sosial mediada paylaşan mühafizəkar qadın fenomenləri təsvir edir.

COVID-19-dan sonra populyarlaşan uzaqdan iş mühiti isə “mouse jiggler” sözünü lüğətə gətirib. Bu, işdə aktiv görünmək üçün kompüter siçanını hərəkətdə saxlayan cihazdır. Həmçinin “work spouse” ifadəsi də əlavə olunub — bu, iş yerində bir-birinə güvənən və dəstək olan yaxın iş yoldaşlarını bildirir.

“Broligarchy” sözü isə “bro” (qaqaş) və “oligarchy” (oliqarxiya) ifadələrinin birləşməsindən yaranıb. Bu termin texnologiya sektorunda Ceff Bezos, İlon Musk və Mark Zükerberq kimi varlı və nüfuzlu kişi qrupları üçün işlədilir.

“Delulu” isə “delusional” (xəyalpərəst, real olmayan inanclara sahib) sözünün qısaldılmış formasıdır. Əvvəlcə K-pop pərəstişkarlarını məsxərəyə qoymaq üçün istifadə olunsa da, sonradan daha geniş mənada işlədilməyə başlanıb.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa