Lukaşenko Şeyxə orden verdi

media-hightechnic-468x90

1389610697_1373614935_haci-allahsukur2_420x250Şeyx Aleksandr Lukaşenkoya dərin minnətdarlığını bildirib

Din Dini tolerantlığın möhkəmləndirilməsi layihəsi çərçivəsində “Azərbaycan modeli, ATƏT regionu və onun hüdudlarından kənarda çağırışlar” mövzusunda Bakıda keçiriləcək beynəlxalq konfransın iştirakçılarının şərəfinə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən ziyafət verilib.

ATƏT-in Bakı layihə əlaqələndiricisi Aleksis Şaxtaxtinski mərasimdə çıxış edərək bildirib ki, konfransda Azərbaycandakı tolerantlıq modeli müzakirə ediləcək, ATƏT məkanında tolerantlığa dair çağırışlar olacaq.

Belarusun Azərbaycandakı səfiri Nikolay Pastkeviç ölkəmizdəki tolerantlıq mühitindən bəhs edib. Səfir bildirib ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Qafqaz Müsəlmanları İdarəsinin sədri, MDB Dinlərarası Şurasının həmsədri, MDB müsəlmanlarının Məşvərət Şurasının sədri, Qafqaz Xalqlarının Ali Dini Şurasının sədri Şeyxülislam Allahşükür Paşazadəni Belarus-Azərbaycan dövlətlərarası dialoqunun inkişafına verdiyi mühüm töhfəyə, ölkələrimiz arasında ticarət-iqtisadi və mədəni əlaqələrin genişlənməsindəki fəaliyyətinə və dinlərarası razılığın möhkəmləndirilməsində gördüyü işlərə görə “Fransisk Skorina” ordeni ilə təltif edib. Səfir N.Pastkeviç ordeni Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadəyə təqdim edib.

Şeyxülislam Allahşükür Paşazadə fəaliyyətinə verilən belə yüksək qiymətə görə Belarus Prezidenti Aleksandr Lukaşenkoya dərin minnətdarlığını bildirib. Vurğulayıb ki, orden Azərbaycanda mövcud tolerantlıq ənənələrinə verilən yüksək qiymətdir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600