!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Lukaşenkodan QİSAS AKTI: Tixanovskayanın ərinə 18 il həbs cəzası verildi

!Reklam – Yazi

Belarus müxalifəti liderinin həyat yoldaşı uzun müddətə azadlıqdan məhrum edilib. 

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, Belarusun Qomel məhkəməsi Belarus müxalifətinin mühacirətdə olan lideri Svetlana Tixanovskayanın həyat yoldaşı, “Həyat üçün ölkə” “YouTube” kanalının qurucusu, ötən il həbs olunan Sergey Tixanovskini 18 il müddətinə azadlıqdan məhrum edib.

Məhkəmə qərarına münasibət bildirən Tixanovskaya elan olunan hökmü “qanunsuzluq” kimi qiymətləndirib:

“Sevdiyim və Belarusda milyonların liderinə çevrilmiş insanın müdafiəsini davam etdirəcəyəm.

Mən onunla yeni Belarusda görüşmək anını tezləşdirmək üçün çox çətin, bəlkə də imkansız bir işi gerçəkləşdirməyə çalışacağam.

Ona görüşəndə xatirə albomu hazırlamaq üçün açıqcalar və övladlarımızın şəkillərini göndərməyə davam edəcəyəm”.

www.yenicag.az

544
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv