Lütfi Zadə İlham Əliyevi təbrik etdi

media-hightechnic-468x90

скачанные файлыKaliforniya Universitetinin professoru, Berkli Soft Computinq Mərkəzinin direktoru Lütfi Zadə Azərbaycan prezidenti İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib.

L. Zadənin məktubunda bildirilib ki, əziz Prezident İlham Əliyev, Sizə ad gününüz münasibətilə ən səmimi təbriklərimi çatdırmaq istərdim: “Siz Azərbaycanı ən yüksək bilik, siyasi bacarıq və xalqın rifahı qayğısı ilə idarə etmisiniz və yenə də idarə edirsiniz. Dünyada çaxnaşmaların baş verdiyi bir vaxtda Azərbaycan sülh və tərəqqi içində yaşayır. Bu, olduqca əhəmiyyətli uğurdur. Sizə və ailənizə Yeni il təbriklərimi və ən xoş arzularımı da çatdırmaq istərdim. Azərbaycan və Azərbaycan xalqı qəlbimin ən isti hissəsindədir. Sizin Azərbaycanı mədəniyyətə, elmə, incəsənətə və ədəbiyyata dərin hörmət bəslənilən bir ölkəyə çevirmək üçün göstərdiyiniz təşəbbüsləri və gördüyünüz işləri olduqca yüksək qiymətləndirirəm. Sizin kimi bir rəhbəri olduğu üçün Azərbaycan çox şanslıdır”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600