"Maaşlarda gender bərabərsizliyinə SON: İşəgötürənləri hansı cərimələr və qaydalar gözləyir?

media-hightechnic-468x90

“Bu halda, eyni vəzifədə çalışan iki və ya daha çox əməkdaş arasında gender bərabərliyinin qorunması zəruri olur”.

media-banner_tuq

Bunu Yenicag.az-a açıqlamasında hüquqşünas Hümmət Əliyev deyib.

O, Milli Məclisdə müzakirə ediləcək Əmək Məcəlləsində və “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini şərh edib. Hüquqşünas bu dəyişikliklərin iş yerlərində maaş bərabərsizliyinin qarşısını necə alacağı və qadınlarla kişilər arasında real əməkhaqqı bərabərliyini necə təmin edəcəyi ilə bağlı fikirlərini bölüşüb.

H.Əliyev qeyd edib ki, hansı şərtlərin və kriteriyaların müəyyən ediləcəyini bilmək üçün konkret qaydalara baxmaq lazımdır:

“Əgər bu kriteriyalar dəqiq və aydın şəkildə göstərilməsə, yenə də tətbiqdə problemlər yaranacaq. Bir məqam da var: əgər işəgötürənin eyni ştat vahidi üzrə, məsələn, 3 əməkdaşı varsa və onlardan biri kişi, ikisi qadındırsa, bu halda hər üçü üçün eyni əməkhaqqının təyin olunması zərurəti yaranır. Məsələn, vəzifə satıcıdırsa, kişi satıcıya 500 manat, qadın satıcıya isə 350 və ya 400 manat verilməsi artıq düzgün hesab olunmur.

Yəni əsas məsələ məhz bu cür halların tənzimlənməsidir. Lakin bu qaydalar daha çox o işəgötürənlərə şamil edilir ki, eyni ştat vahidi üzrə bir neçə məsələn, 4, 5 və ya 6 işçi çalışsın. Bu halda, eyni vəzifədə çalışan iki və ya daha çox əməkdaş arasında gender bərabərliyinin qorunması zəruri olur”, deyə o bildirib.

Nəsimi Ələsgərli

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05