Macarıstan Bakıda Mədəniyyət İnstitutu açacaq
Macarıstan Bakıda Mədəniyyət İnstitutu açacaq.
Bunu Macarıstan Xarici İşlər və Ticarət Nazirliyinin səfiri, Mədəniyyət diplomatiyası üzrə ümumi şöbəsinon direktoru Laszlo Vizi deyib.
Onun sözlərinə görə, Azərbaycan prezidenti Macarıstana səfəri zamanı hamıya da məlum olduğu kimi iki ölkə arasında strateji tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb:” Strateji bəyannamə” iki ölkə arasında mövcud olan siyasi əlaqənin ən yüksək səviyyəsdir. Biz Azərbaycan ilə inkişaf edən əlaqələrin mövcudluğundan məmnunuq. Qısa zaman ərzində Azərbaycan və Macarıstan arasında yüksək səviyyəli səfər olub. Bu səfərlər onu göstərir ki, bizim siyasi əlaqələrimiz yaxşıdır. Eyni zamanda, Macarıstan və Azərbaycan arasında mədəniyyət əlaqələri də mühumdur. Vurğulamaq istərdim ki, Macarıstan Bakıda Mədəniyyət İnstitutu açacaq. Bu səpkidə danışıqlar gedir”.