Madyar: "Rusiya-Ukrayna münaqişəsi hər iki tərəfə ciddi ziyan vurur"

media-hightechnic-468x90

Macarıstanda parlament seçkilərində qələbə qazanmış “Tisa” Partiyasının lideri Peter Madyar hesab edir ki, Avropa İttifaqı Ukraynadakı münaqişə başa çatan kimi Rusiyaya qarşı sanksiyaları ləğv etməlidir.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, Budapeştdə keçirilən mətbuat konfransında çıxış edən Madyar Ukrayna münaqişəsinin sülh yolu ilə həll olunacağına ümid etdiyini bildirib.

“Biz çox ümid edirik ki, danışıqlar nəticə verəcək və bundan sonra Avropa sanksiyaları ləğv ediləcək”, – Madyar qeyd edib.

O xatırladıb ki, Rusiyaya qarşı sanksiyalar enerji daşıyıcılarının qiymətinin artmasına səbəb olub, Avropa isə xammalı şişirdilmiş qiymətlərlə almaqda maraqlı deyil. Beləliklə, “Tisa” lideri əlavə edib ki, bu, yalnız Avropanın rəqabət qabiliyyətinə zərər vurur.

Eyni zamanda, o bəyan edib ki, əgər Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı baş tutarsa, onu Ukraynadakı hərbi əməliyyatları dərhal dayandırmağa çağıracaq. Madyar hesab edir ki, Rusiya-Ukrayna münaqişəsi hər iki tərəfə ciddi ziyan vurur.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05