Magistral yoldan keçən körpü istifadəyə verildi

media-hightechnic-468x90

загруженное (30)Ələt-Astara magistralının Lənkəran rayonunun Qumbaşı kəndindən keçən körpü sentyabrın 19-dan fəaliyyətini bərpa edib.

“Körpü-Bina” Tikinti Şirkətinin ağır texnikalarının və 60-ə yaxın canlı qüvvəsinın səyləri ilə körpünün sütünlarında təmir-bərkitmə işləri görülüb, üzərlərinə yeni dəmir-beton tirlər bərkidilib. Körpünün üzərinə yeni asfalt örtüyü salınıb və nəqliyyat vasitələrinin körpüdən keçməklə mənzil başına rahat çatmaları üçün lazımi şərait yaradılıb.

Qeyd edək ki, sonuncu dəfə 1955-ci ildə əsaslı təmir olunan Qumbaşı körpüsünün dayaq və tavan hissələrində yaranan qəza vəziyyəti onun yenidən təmir olunmasına səbəb olub. Körpünün qəza vəziyyətinə düşməsinin digər bir səbəbi isə iri tonajlı ağır yük maşınlarının intensiv olaraq onun üstündən keçməsidir. Sentyabrın 12-dən sözü gedən yolla nəqliyyat vasitələrinin hərəkəti tamamilə dayandırılıb və maşınlar alternativ yol kimi bu müddət ərzində Lənkəran-Boradigah və Boradigah-Masallı şosesindən istifadə ediblər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600