Magistraturaya plan yerləri dəyişib

media-hightechnic-468x90

Meleyke-AbbaszadeBu il ali məktəbələrə qəbul planı bizə təqdim edilib. Lakin hələlik bu barədə açıqlama vermirik.

Yenicag.az azvision-a istinadən bildirir ki, bu sözləri Tələbə Qəbulu üzrə Dövlət Komisisyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

TQDK sədrinin sözlərinə görə, qəbul planına komissiya tərəfindən bəzi dəyişikliklər edilib.

“Hər il olduğu kimi bu il də plan yerləri ilə bağlı bəzi təkliflərimiz var. Bunlar əsasən əvvəlki illərdə hansı ixtisasa daha çox maraq olması, boş qalan yerlər üzrə apardığımız araşdırmanın nəticəsi əsasında müəyyən edilib. Bundan başqa, biz həm də bəzi ixtisaslarda birgə qəbul keçirmənin tərəfdarıyıq”.

M.Abbaszadə bu il magistraturada plan yerlərində dəyişiklik edildiyini deyib.

“Bunların bir çoxu barədə məlumatınız var. Bildiyiniz kimi, bu il 20 yer AMEA-ya verilib. Lakin əlavə dəyişikliklər də olacaq. Yaxın günlərdə dərs olunacaq jurnalda bu barədə məlumat əldə edə biləcəksiniz”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600