Mahir Əmrəli Azərbaycan millisindən kənarlaşdırıldı

media-hightechnic-468x90

Mahir Əmrəli futbol üzrə Azərbaycan millisindən kənarlaşdırılıb.

Yenicag.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

Bildirilib ki, Türkiyə Super Liqasında çıxış edən “Konyaspor” klubunun hücumçusu zədə səbəbindən yığmanın qarşıdakı oyunlarını buraxmalı olacaq. O, ölkə çempionatının XXVI turunda “Qalatasaray”la (2:1) matçda zədələnib.

Qeyd edək ki, Azərbaycan millisi martın 24-də Avstriya, 27-də isə İsveçə qarşı AVRO-2024-ün seçmə mərhələ oyununa çıxacaq. Hər iki qarşılaşma səfərdə baş tutacaq.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa