!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Makron rəsmən Fransa prezidenti elan edilib

!Reklam – Yazi

Bu gün Fransa Konstitusiya Şurasının sədri Loran Fabius Emmanuel Makronu Fransanın səkkizinci prezidenti elan edib.

Yeniçağ.Az-ın “APA”ya istinadən verdiyi məlumata görə, bundan öncə Yelisey sarayında prezident postunu tərk edən Fransua Ollandla vida mərasimi keçirilib.

Rəsmən Fransa prezidenti elan edilən Emmanuel Makron bu gün axşam işə başlayacağını bildirib.

E. Makron ilk rəsmi çıxışında deyib ki, seçki öncəsi verdiyi heç bir vədindən geri çəkilmir: “Biz tariximizdə ən yaxşı səhifələrdən birini yazmaq üçün birləşməliyik. Mənə hər birinizin dəstəyi lazımdır. Biz fransızların özünə inamını qaytarmalıyıq”.

E. Makron indiyə qədər Fransa prezidenti olmuş şəxslərin ölkənin maraqlarının təmin edilməsinə böyük töhfə verdiklərini vurğulayıb: “General de Qoll Fransanın böyüklüyünü bərpa edib, Jorj Pimidu Fransanı iqtisadi nəhəngə çevirib, Valeri Jiskar dEsten ölkəni müasir epoxaya daxil etdi, Fransua Mitteran Fransa və Avropa arzusunu birləşdirdi”.

E. Makron əmin edib ki, dünya Fransanın sözlərini diqqətlə dinləyəcək: “Fransa həmişə azadlığın və dünyada həmrəyliyin tərəfində olacaq. Bizə daha effektiv, daha demokratik Avropa İttifaqı lazımdır. Avropa İttifaqı bizim gücümüz və suverenliyimizin vasitəsidir. Mən bu istiqamətdə bütün gücümü sərf edəcəm”.

Yeniçağ.Az

COP29

www.yenicag.az

1123
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv