Makronun iş yerinə içərisində kəsilmiş insan barmağı olan zərf göndərildi

media-hightechnic-468x90

Fransanın paytaxtında yerləşən Yelisey Sarayına zərfin içində kəsilmiş insan barmağı göndərilib.

Yenicag.az xəbər verir ki, məlumat Fransa mətbuatında dərc olunub.

Qeyd olunur ki, zərf saraya iyulun 9-10-da daxil olub.

Ehtimal olunur ki, epataj xarakterli məktub ənənəvi olaraq Fransada iyulun 14-də qeyd olunan Bastiliya Günü milli bayramı ilə əlaqədar göndərilib.

Barmaq Yelisey Sarayının təhlükəsizliyini təmin edən polislərin yeməklərini saxladıqları soyuducuya yerləşdirilib.
Barmağın aid olduğu şəxsin kimliyi müəyyən edilib.

İnsidentin digər təfərrüatı hələlik məlum deyil.

Mənbə: Valeurs actuelles

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 28.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa