Maldiv adaları suya qərq ola bilər - ŞOK proqnoz
Maldiv Adaları əvəzsiz dənizi, ağ sahilləri və ekzotik mühiti hər kəsi özünə çəkən tətil cənnətidir.
Yenicag.az xarici KİV-lərə istinadən xəbər verir ki, Hind Okeanında 1192 adadan ibarət dövlət olan Maldiv adaları ümumilikdə 300 kvadrat kilometrlik ərazini əhatə edir. Tropik iqlimə malik Adalar ölkəsində 644 km-lik sahil zolağı var.
Maldivdəki 1192 adadan yalnız 281-də insan yaşayır.
Qlobal iqlim dəyişiklikləri səbəbindən qarşıdakı 100 il ərzində adanın sular altında qalacağı proqnozlaşdırılır.
329 min nəfərlik ada sakininə kömək əli uzadan Avstraliya 2005-ci ildə onlara sığınacaq hüququ verib.
Aytac
Yenicag.az