Manatın dövretmə sürəti azalıb

media-hightechnic-468x90

Bu ilin sentyabrın 1-nə Azərbaycanın milli valyutası – manatın dövretmə sürəti 3,38 bənd təşkil edib.

Yenicag.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, cari ilin avqustun 1-i ilə müqayisədə 0,01 bənd və ya 0,3%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 0,06 bənd və ya 1,7% azalıb.

Belə ki, bu ilin avqustun 1-nə manatın dövretmə sürəti 3,39 bənd, ötən ilin sentyabrın 1-nə isə 3,44 bənd təşkil etmişdi.

Qeyd edək ki, AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda qeydə alınaraq, 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa