Manatın xarici valyutalara qarşı məzənnəsi

media-hightechnic-468x90

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın aprelin 11-ə olan məzənnəsini açıqlayıb.

AMB-dən Yeniçağ.Az-a verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi aprelin 10-u ilə müqayisədə dəyişməyərək 1,7031 manat olub.

Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 1,8029 manatdan 1,8033 manatadək artıb. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi 0,0296 manatdan 0,0299 manatadək artıb.

Türkiyə lirəsinin məzənnəsi 0,4568 manatdan 0,4566 manatadək azalıb. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1096 manatdan 2,1152 manatadək bahalaşıb. Gürcüstan larisinin məzənnəsi isə 0,7074 manatdan 0,7046 manatadək azalıb.

Yeniçağ.Az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600