“Mançester Yunayted” səfərdə qələbə qazandı

media-hightechnic-468x90

İngiltərə Premyer Liqasının dördüncü turu çərçivəsində “Sauthempton” klubu doğma meydanda “Mançester Yunayted”lə qarşılaşıb.

Yenicag.az xəbər verir ki, gərgin keçən qarşılaşmada qonaqlar 3:0 hesablı qələbəyə seviniblər.

“Qırmızı şeytanlar”ın heyətində 35-ci dəqiqədə De Layt, 41-ci dəqiqədə Reşford, oyunun əsas vaxtına artırılmış 6-cı dəqiqədə isə Qarnaço fərqləniblər.

Meydan sahiblərinin futbolçusu Arçer 33-cü dəqiqədə penaltidən yararlana bilməyib. 79-cu dəqiqədə isə Stefens birbaşa qırmızı vərəqə alaraq meydan sahiblərini azlıqda qoyub.

Bu qələbə ilə xallarının sayını 6-ya çatdıran “Mançester Yunayted” səkkizinci pilləyə yüksəlib. Dörd turdan sonra xalsız qalan “Sauthempton” isə hazırda 19-cu pillədədir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600