“Mançester Yunayted”in baş məşqçisinə bir həftə vaxt verildi

media-hightechnic-468x90

bbbbbbbbbbbbbbbbbbbbj“Mançester Yunayted” rəhbərliyi baş məşqçi Devid Moyesin istefası barədə ciddi şəkildə düşünüb.

Müəyyənləşdirici isə komandanın gələn həftədəki nəticələri olacaq. Bu barədə Britaniyanın ESPN xidməti komandadakı mənbəyə istinadən məlumat verib.

7 gün ərzində komanda ölkə çempionatında iki görüş keçirəcək – 22 martda “Vest Hem” və 25 martda “Mançester Siti” ilə. Eləcə də çərşənbə günü Çempionlar Liqasının 1/8 mərhələsinin cavab qarşılaşması – Yunanıstanın “Olimpiakos” komandası ilə matç baş tutacaq.

İlk oyunda Moyesin komandası 0:2 hesabı ilə uduzub.

Ölkə çempionatında “qırmızı şeytanlar” 12 xalla 7-ci yerdədirlər.

trend

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa