Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi Mançester şəhərində baş vermiş partlayışda ölən və yaralananlar arasında Azərbaycan Respublikası vətəndaşlarının olub-olmamasını yerli orqanlar vasitəsilə araşdırır.
Bu barədə Azərbaycan XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
“Hər hansı xəbər olduğu təqdirdə əlavə məlumat veriləcək”, – deyə, H.Hacıyev əlavə edib.
Qeyd edək ki, ötən gün İngiltərənin Mançester şəhərində konsert zamanı terror aktı törədilib.Baş verən partlayış nəticəsində 22 nəfər ölüb, 50-ə yaxın insan yaralanıb.
Polis hadisəni terror aktı kimi qiymətləndirib. Terror aktının terrorçu kamikadze tərəfindən törədildiyi bildirilir.
Terrror aktı “Mançester-Arena”da, məşhur ABŞ müğənnisi Ariana Qrandenin konserti zamanı baş verib. Müğənni xəsarət almayıb.
Bu, 2005-ci ildə London metrosunda törədilən və 50 nəfərin ölümünə səbəb olan terror aktından sonra ən böyük terror hücumudur.(azvision)
Yenicag.az
www.yenicag.az