Martın 1-də futbol üzrə İngiltərə kubokunun final görüşü keçirilib.
Yenicag.az xəbər verir ki, Vembli stadionunda keçirilən görüşdə “Aston Villa” klubu “Manchester City” ilə üz-üzə gəlib. Görüş Mançesterin 2:1 hesabı ilə qələbəsi ilə başa çatıb.
Oyunda hesabı 20-ci dəqiqədə Serxio Aquera açıb. Qoldan 10 dəqiqə sonra Rodri dəqiq baş zərbəsi ilə hesab arasındakı fərqi iki topa çatdırıb. Birinci hissənin başa çatmasına dörd dəqiqə qalmış “Aston Villa” qollardan birinin əvəzin çıxıb. Mvana Samatta adını tabloya yazdırıb.
Beləliklə, “Mançester Siti” ardıcıl üçüncü tarixində isə yeddinci dəfə İngiltərə kubokunun qalibi olub.
www.yenicag.az