Maradona istefaya göndərildi

media-hightechnic-468x90

Argentina millisinin sabiq futbolçusu və baş məşqçisi Dieqo Maradona işsiz qalıb.

Yenicag.az xəbər verir ki, “Ximnasiya Esqrima” klubu sentyabrda baş məşqçisi təyin olunan 59 yaşlı mütəxəssisi istefaya göndərib.

Bir müddət öncə əfsanəvi futbolçu D.Maradona indiki klub prezidenti Qabriel Pelleqrinonun növbəti seçkilərdə namizədliyini irəli sürməyəcəyi təqdirdə postunu tərk edəcəyini açıqlamışdı.

Qeyd edək ki, mütəxəssisin müqaviləsi mövsümün sonuna qədər nəzərdə tutulmuşdu.

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600