Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Maradonanın dəfn mərasimində qalmaqal: Tabutunu açıb foto çəkdirdilər

İnfarkt səbəbiylə 60 yaşında vəfat edən argentinalı əfsanə Diyego Armando Maradonanın yas mərasimində qalmaqal yaşanıb.

Yenicag.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə yayılan görüntülər səs-küyə səbəb olub.

Belə ki, dəfn prosedurlarını həyata keçirən məmurlar mərhumun cansız bədəni ilə fotoşəkil çəkdirərək paylaşıblar. Nəticədə Maradonanın cansız bədəni ilə şəkil çəkdirmək üçün “şəkil çəkdirmək böhranı” yaşanıb. Bu görüntülər sosial şəbəkələrdə bir mənalı qarşılanmayıb.

Qeyd edək ki, şəkil çəkdirənlərin üçünün elə onun işçiləri olduğu məlum olub.

www.yenicag.az

347