“Maraqlarımızı düşünməyə ölkələrə qarşı ciddi yanaşmalıyıq” – Bill Haqert

media-hightechnic-468x90

“Həmin dövrdən bəri yüksələn iqtisadiyyatımız indidən sonra da dünyanın ən böyük iqtisadiyyatı olmalıdır”.

Yenicag.az xəbər verir ki, bunu ABŞ-nin yeni dövrdə iqtisadiyyatla bağlı siyasətin necə qurulacağından danışan siyasətçi Bill Haqert deyib.

Onun sözlərinə görə, yenidən prezident seçilən Donald Trampın Kanada və Meksika da daxil olmaqla bir neçə ölkəyə idxal tarifləri tətbiq etmək planı var.

“İqtisadiyyatı imtiyaz olaraq görməliyik. Əgər diqqət yetirsəniz, İkinci Dünya müharibəsindən sonra iqtisadiyyata girişimizi strateji alətə çevirmişik. Həmin dövrdən bəri yüksələn iqtisadiyyatımız indidən sonra da dünyanın ən böyük iqtisadiyyatı olmalıdır. Hazırda ABŞ dünyanın ən açıq iqtisadi bazarına sahib dövlətdir. Bizim maraqlarımızı düşünməyən, sərhədlərimizi pozan ölkələrə qarşı isə ciddi yanaşmalı və bu tarifləri məqsədlərimizə çatmaq üçün bir vasitə kimi istifadə etməliyik”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600