Marneulidə azərbaycanlı qadın öldürülüb

Без названия (2)Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərində ölüm hadisəsi baş verib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, hadisə Marneulinin mərkəzi bazarında qeydə alınıb. Şəhidlər bildirir ki, səhər saatlarında svan (gürcüdilli xalq) olduğu güman edilən gənclə bazarda çalışan 50 yaşlı azərbaycanlı, Marneuli şəhər sakini Məlahət Məmmədova arasında mübahisə baş verib. Mübahisə zamanı həmin gəncin M. Məmmədovaya qarşı güc tətbiq etdiyi, nəticədə yerə yıxılan qadının başından zərbə alaraq öldüyü deyilir.

Lakin Gürcüstan Daxili İşlər Nazirliyi hadisəni qətl kimi xarakterizə etməyib. Nazirlik M. Məmmədovanın halının qəflətən pisləşdiyini və onun dünyasını dəyişdiyini açıqlayıb. Faktla bağlı Gürcüstan CM-nin 116-cı maddəsi ilə (ehtiyatsızlıqdan adam öldürmə) cinayət işi qaldırılıb.