Mart ayının ən yaxşı futbolçusu seçildi

media-hightechnic-468x90

İspaniyanın “Barselona” futbol klubunun hücumçusu Lionel Messi La Liqada mart ayının ən yaxşı futbolçusu seçilib.

Yenicag.az xəbər verir ki, 31 yaşlı argentinalı hücumçu mart ayında iştirak etdiyi 5 oyunda 7 qol vurub və bir məhsuldar ötürmə verib. Lionel Messi UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsində “Barselona”nın heyətində Fransanın “Lyon” (5:1) klubu ilə oyunda iki qol vurub. İspaniya çempionatında isə argentinalı hücumçu “Rayo Vallekano” ilə bir, “Real Betis”lə oyunda 3, “Espanyol”la görüşdə isə 2 dəfə fərqlənib.

Qeyd edək ki, Lionel Messi cari mövsümdə “Barselona”nın heyətində keçirdiyi 39 oyunda 42 qol vurub və 21 məhsuldar ötürmənin müəllifidir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600