Masallıda avtomobil qəzası: Ölən var

media-hightechnic-468x90

Masallı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

media-banner_tuq

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə yeni Ələt-Astara magistralının Masallı rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki, Astara rayonunun Şiyəkəran kənd sakini 1991-ci il təvəllüdlü Rəhim Hüseynov idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib. Avtomobil yol kənarında olan maneəyə çırpılıb. Qəza nəticəsində sürücü R.Hüseynov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Avtomobildə sərnişin qismində olan iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05