Masallıda dəhşətli qəza - 3 ölü, 3 yaralı

media-hightechnic-468x90

Masallıda avtomobilin dərəyə aşması nəticəsində 3 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.

Yenicag.az xəbər verir ki, Masallının Köhnə Zuvand kəndi ərazisində “Niva” markalı maşın yüksəklikdən dərəyə aşıb.

Qəza nəticəsində Bakı sakinləri – 1959-cu il təvəllüdlü Sərinaz Azadxan qızı Şirəliyeva, 1993-cü il təvəllüdlü Könül Cəmil qızı Şirəliyeva və 2016-cı il təvəllüdlü Nihad Orxan oğlu Şirəliyev hadisə yerində dünyasını dəyişiblər.

1968-ci il təvəllüdlü Seymur Vidadi oğlu Şirəliyev, 1996-cı il təvəllüdlü Rəna Əyyar qızı Mahmudova və 2018-ci il təvəllüdlü Nuray Orxan qızı Şirəliyeva  isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan birinin vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır./Apa/

 

 

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600