Masallıda yük avtomobilində narkotik aşkarlandı

media-hightechnic-468x90

Masallıda yük avtomobilinin sürücüsündən külli miqdarda müxtəlif növ narkotik vasitələr aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Yenicag.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən əməliyyat tədbiri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran rayon sakini Cavad Ağayev idarə etdiyi yük avtomobilində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan külli miqdarda heroin, əlavə olaraq metamfetamin, tiryək və marixuana aşkarlanaraq götürülüb. Məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı araşdırma aparılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa