Maşın dərəyə yuvarlanıb

media-hightechnic-468x90

309109Ağsu-Kürdəmir-İmişli-Bəhramtəpə avtomobil yolunda 3 nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Hadisə bu gün saat 14:00 radələrində yolun 64-cü kilometrliyində qeydə alınıb.

Qorxmaz Musayevin idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili Kürdəmir istiqamətində hərəkətdə olarkən sürücü idarəetməni itirib və maşın yoldan çıxaraq dərəyə yuvarlanıb. Qəza nəticəsində sürücü Qorxmaz Musayev və avtomobildə olan sərnişinlər Ayşən Musayeva və Əlizamin Nəsibov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600