MDB Dövlət Başçıları Şurasının iclası - Aşqabadda

media-hightechnic-468x90

Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının iclası keçirilir.

Yenicag.az xəbər verir ki, sammitin gündəliyinə növbəti iclasın keçirilməsi barədə qərar qəbul edilməsi, həmçinin birliyin gələcək sədrinin seçilməsi daxildir.

Azərbaycan Prezidenti İlham Əliyev iclasda iştirak edir.

MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən iclasından sonra bir sıra çoxtərəfli sənədlərin, o cümlədən Böyük Vətən Müharibəsində qələbənin 75 illiyi ilə əlaqədar birlik xalqlarına və dünya birliyinə müraciətin imzalanması planlaşdırılır.

Qeyd edək ki, 2019-cu ildə Müstəqil Dövlətlər Birliyinə Türkmənistan sədrlik edir./Report/

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa