Müasir dövrdə gənclərdə tutmuş yaşlılara kimi mədə ağrısından şikayətçidirlər. Səbəbini anlamaq isə bəzən uzun zaman alır.
Bəs mədə ağrıları nədən yaranır?
Yenicag.az həmin səbəbləri qeyd edir:
1. Reflü problemi – bu zaman mədədən turş qida qida borusuna keçir, nəticədə güclü ağrı yaranır;
2. Laktozaya dözümsüzlük – Dünyada milyonlarca insanda rast gəlinir. Süd və süd məhsullarındakı şəkərin həzm olunmasında problem olur. Bu zaman yüngül mədə ağrısı, köp, ishal, gəyirmə, qaz müşahidə olunur;
3. Bəzi dərmanların əlavə təsirlərindən mədə ağrısı yarana bilər. Bunlara əsasən qeyri steroid iltihab əleyhinə olan dərmanlar aiddir;
4. Glütenə dözümsüzlük – Bəzı insanlarda buğda, arpa, çovdarda protein olan glütenə qarşı həssaslıq olur.Bu zaman mədə bölgəsində ağrı,köp, qaz kimi problemlər baş verir;
5. Stres;
6. Endometriyoz;
7. Tiroid problemləri;
8. Parazitlər;
9. Apendisit.
www.yenicag.az